İraq qoşunları Mosula girdi


İraq qoşunları Mosula girdi
Mosulun azad oluması əməliyyatı başlayandan sonra İraq orusu ilk dəfə olaraq Mosula girib. Bundan əvvəl bazar ertəsi hərbiçilər şəhəri iki hissəyə ayıran Dəclə çayının şərq sahilinə çıxacaqları planı haqda məlumat vermişdilər.

İraq qoşularının şəhəri almaq üçün Mosula girmələri haqqında Reuters agentliyinə terorizmlə mübarizə xüsusi bölməsinin ABŞ-da təlim görmüş nümayəndəsi general Vissam Araci bildirib.

Mosula hücum hələ oktyabrın ortalarında başlamışdı, lakin buna qədər döyüşlər “İslam dövləti””nin paytaxtı hesab edilən şəhərin ətrafında gedirdi.

Ötən həftə terrora qarşı mübarizə və ordu hissələri hücumu dayandırmışdılar.Bununla yanaşı oktyarın 31-də məlum olub ki, bu istiqamətdə hücum yenidən bərpa edilib. Reuters-in xəbərinə görə hərbçilər Dəclə çayının şərq sahilinə çıxmağı planlaşdırıblar.

Miqyasına görə İraqın ikinci böyük şəhəri olan Mosul iki ildən artıqdır ki, İQİL-in nəzarətindədir. Oktyabrın17-də qərb ölkələrinin dəstəyi ilə İraq və kürd qoşunları şəhərin azad olunması əməliyyatına başlamışdılar. Bir az sonra -oktyabrın 23-də Türkiyə də Mosul uğrunda mübarizəyə qoşunlduğunu elan etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir