İraq Xarici İşlər naziri: Davutoğlunu həbs etməyə haqqımız var


İraq  Xarici  İşlər naziri: Davutoğlunu həbs etməyə haqqımız var
Türkiyə Xarici İşlər naziri Əhmət Davutoğlunun Kərkük səfəri İraqlı sələfini qəzəbləndirib. İraq Xarici işlər naziri açıqlamasında Davutoğlunun səfərinin Bağdadın icazəsi olmadan edildiyini bildirib.

Iraqın baş naziri Nuri Malikinin mətbuat xidmətinin katibi “Türkiyə açıq şəkildə İarqın daxili işlərinə qarışır, Türkiyə səfirliyini bağlamaq və Davutoğlunu həbs etmək haqqımız var”-deyə açıqlama verib.

Baş nazirliyin internet saytında yer alan açıqlamada “Milli süverenliyi heçə saymaq, beynəlxalq əlaqələrin başlıca şərtlərini və dövlət ilə onun rəhbərlərinin münsibətləri qaydalarını pozmaq nə türkiyənin nə də bir başqa ölkənin xeyrinə olur ”-deyilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir