Islam Kərimov Moskvaya “çörək dalınca gedən özbəklərə” tənə etdi”


Islam Kərimov  Moskvaya  “çörək dalınca gedən özbəklərə" tənə etdi
Özbəkistan prezidenti İslam Kərimov Rusiyaya işləməyə gedən özbəkləri “tənbəl” adlandırıb. Dövlət başçısı, miqrant özbəklərin ölkəni rüsvay etdiyini və ikrah doğurduqlarını deyib.

“Kim ki, Moskvaya küçə süpürməyə gedir, hesab edirəm ki, onlar tənbəldirlər. Bir tikə çörək dalınca gedən özbəyə nifrət hiss edirsən”- Kərimov Milli dövlət televiziyasında belə deyib və əlavə edib ki, “onlar bizim hamımızı rüsvay edir”.

Yenises.ru CA-NEWS-a istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, “özbək xalqı başqalarından şərəf və ləyaqətinə görə seçilir. Axı bu (dilənçilik) ölümlə müqayisə olunandır”.

Kərimov onu da bidirib ki, hazırda Özbəkistanda tənbəl olan azdır və heç kim burada acından ölmür, dilənmir.

O uzun illər əvvəl Moskvada işləyəndə bazara gedib dilənənlərə sədəqə verdiyindən danışıb. “İndi axtarsan da bir dilənçi tapa bilməzsən”-deyə dövlət başçısı təsdiq edib.

O, iştirakçılara səslənərək -Jizzakda dilənçi varmı- sualına yerdən “yox” cavabı alıb.

Qeyd edək ki, Federal Miqrasiya xidmətinin məlumatına görə Rusiyada olan 10 milyondan artıq xarici vətəndaşın 2 milyondan çoxunu Özbəkistan vətəndaşları təşkil edir. Onlar digər miqrantlar arasında birinci yeri tutur.

RF Mərkəzi Bankının rəsmi hesabatına görə isə 2012-ci ildə əmək miqrantları vətənlərinə 6,084 milyard dollar pul göndəriblər. Verilən bu məbləğ 2011-ci illə müqayisədə 33% çoxdur. Bunda da özbəklər digər respublikaların nümayəndələrinə görə birinci yerdədir. Özbəklərdən sonra vətənə 3,952 milyard dollar göndərən taciklər ikinci yeri tutur. Üçüncü yerdə olan Ukrayna isə evə 2,982 milyard dollar göndərib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir