İsmayıl Şabanov: Azərbaycan mediasına adekvat cavab vermişəm-nə az, nə çox


İsmayıl Şabanov: Azərbaycan mediasına adekvat cavab vermişəm-nə az, nə çox
Rusiyadakı “Talış intibahı” ictimai təşkilatının “Talışıstan himni günü” adı altında Moskva Millətlər evində kemirəcəyi tədbir i ətrafında yaşananlar, Rusiyadakı Azərbaycan elitasının, eləcə də Azərbaycan mediasının buna kəskin etirazı əks tərəfin də qəzəbinə səbəb olub. Azərbaycanın ayrılmaz hissəsi olan doğma talış xalqına hörmətlə, gərginlikdən uzaq bu məsələyə aydınlıq gətirmək üçün Moskvadakı talış diasporunun rəhbəri İsmayıl Şabanova müraciət etdim. Ona verdiyim qısa suallara aldığım cavablar:

-İsmayıl bəy, Moskvada “taliş marşı” (mexaniki olaraq sualı səhvən “himni” deyil, “marşı” yazmışdım-red.)keçirməyi planlaşdırmışdınız və Facebook səhifənizdən onun təxirə salındığı haqda məlumat vermisiniz…

-Tunzalə xanım, bizim planlaşdırdığımız məclisə diqqət yetiridiyinizə görə minnətdaram, amma yəqin məlumatı düzgün oxumamısınız. Çünki biz talış marsı deyil, təşkilatımızın himnini təsdiq etmək gününü qeyd etməyi planlaşdırmışıq. İkincisi, bizim məclis təxirə salınmayıb, sadəcə olaraq sonraya saxlamışıq və daha sanballı formada keçirməyi qərara almışıq.

-Azərbaycan mətbuatının reaksiyasına cavab olaraq “it hürər karvan keçər”” məsəli ilə sərt münasibət sərgiləmisiniz. Azərbaycan mediasına bu nifrət nədən qaynaqlanır?

-Mən Azərbaycan mətbuatının bizə qarşı yeritdiyi qatı düşmənçilik siyası mövqeyinə cavab olaraq sadəcə adekvat cavab vermişəm- nə az, nə çox.

-Bir zamanlar mənə verdiyiniz müsahibədə “talış radiosunun Azərbaycanın Şuşasında səslənməsini istərdim” demişdiniz. O İsmayıl Şabanov bu gün həmin mövqeyini dəyişməyib ki?

-Mən indi də belə düşünürəm. Talışların Ermənistanda yox, Lənkəranda, ya da ki, Bakıda radiosu olması labüd idi. Amma əfsuslar olsun ki, talışlar öz vətənində öz radio və televiziyasını aça bilmədiyinə görə məcburdur ki, Ermənistanda açılmış radio-televiziyadan istifadə eləsin və öz doğma talış dilində verilişlərə qulaq assınlar.

-Məncə, bu bağbandan küsüb bağa üz çevirmek anlamına gəlir. Bunu sizin mövqe dəyişdirməniz kimi qəbul etmirəm. Çünki biz eyni Vətənin övladlarıyıq. Siz də mənim kimi düşünürsünüzmü?
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – —

Bu boş yer hələ də İsmayıl müəllimdən alacağım cavabı gözləyir.

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir