Israil yığması son dəqiqələrdə məğlub oldu


Israil yığması son dəqiqələrdə  məğlub oldu
Futbol üzrə DÇ-2014- də Azərbaycan milli komandasının rəqibibi olan İsrail yığma komandası yeni baş məşqçisi Əli Qutmanın rəhbərliyi altinda ilk oyununu keçirib. Çexiya yığmasına qarşı keçirilən yoldaşliq görüşündə Qutmanın yetirmələri meydanı məğlub qismində tərk edən tərəf olub – 2-1. Oyunun 17-ci dəqiqəsində Çexiya yıgması Baroşun vurduğu penalti zərbəsin ilə hesabı açıb. Birinci hissənin əlavə olunmuş vaxtında İsrail yıgmasının futbolçusu Şexter hesabı bərabələşdirib.

İkinci hissədə komandalar ehtiyatlı oyun nümayiş etdiriblər. Buna baxmayaraq oyunun son dəqiqəsində Çexiya komandasınin hücumçusu David Latafa komandasinın qələbə topuna imza atıb. Məğlub olmasına baxmayaraq İsrail yığmasının qolpikeri Ariel Xaruş gözəl oyunu ilə yadda qalıb.

Ramin Kazımov

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir