İşsiz ata özünü yandırdı


İşsiz ata özünü yandırdı
42 yaşlı neftçi Albert Hamidullin 12 yaşlı qızını yedirdə bilmıdiyi üçün məmuraların gözü qarşısında özünü yandırıb.

Hadisə Tatarıstanda inzibati idarənin binası qarşısında baş verib. Işini itirən neftçi məmurların köməyini gözləmədən onların pəncərəsinin altında özünü yandırıb.

Aznakaev rayon mərkəzi xəstəxanasının həkimlərinin verdiyi məlumata görə xəstə özünə gəlmədən ölüb.

Aberti bu addımı növbəti dəfə işə düzəlmək istəyi fiaskoya uğradıqdan sonra atıb. Baş verən faktla istintaq araşdırması aparılır-deyə hüqüq mühafizə orqanlarından məlumat verilib. Hadisənin baş verməsi ilə bağlı müxtəif versiyalara baxılır.

Aznakaev şəhər sovetinin deputatı Rustam Salahovavidevin dediyinə görə yanan adamı yaxınlıqdan keçən sürücülər görüb və yanğısonürənlə sondürüblər. Albert bədənin 80 faiz yanığı ilə təcili xəsətəxanaya çatdırılıb.

Ölənin anası Nasima Hamidullinin sözlərinə görə oğlu neft şirkətlərinin birində qazmaçı işləyib. Onun briqadası yaxşı işinə görə mükafat alırmış, amma nəyə görəsə Alberti işdən uzaqlaşdırıblar.

Balaca şəhərdə uzun zaman iş axtarsa da tapa bilməyən Albertin sonunda bu addımı atmağa məcbur olduğunu da anası deyib.

“Oğlum inzibati idarəyə getmişdi ki, ona yardım etsinlər, amma məmurlar onu qovalayıblar, onun üçün də o özünü yandırıb”-Albert Hamidullinin anası söyləyib.

Aznakaev rayon soveti aparatının rəhbəri Aydar Xaliullin isə onun ailəsində problem olduğundan diqqəti özünə çəkmək üçün özünü yandırdığını qənaətindədir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir