Istanbulda ata əvvəl bütün ailəsini sonra özünü güllələyəb


Istanbulda  ata  əvvəl bütün ailəsini sonra özünü  güllələyəb
Ötən gün İstanbulda 7 adamaın ölümünə səbəb olan qanlı hadisə baş verib. Barbaros məhəlləsi 6/2 küçəsində yerləşən binanın ən üst mərətəbəsində yaşayan 36 yaşlı Engin Sarğık silahla atəş açaraq bütün ailəsini güllələyib. Onlardan övladları – Suzan (18), Sevda (15), Salih (17), Abidin (5) və 14 yaşlı bacısı Gülican aldığı yaralardan yerindəcə ölüb. 38 yaşlı həyat yoldaşı Sacidə və digər övladlaraı 9 yaşlı Ercanla, 8 yaşlı Erhan ağır yaralanaraq xəstəxanaya çatdırılıblar. Bü gün Sacidə Sargık da xəstəxanada ölüb və ölənlərin sayı 7-yə çatıb.

Qeyd edək ki, bütün ailəsini güllədən keçirən Engin sonra da gülləni öz başına vürararq intihar edib. Lakin aldığı yaradan ölməyərək xəstaxanaya çatdırılıb.

Bağcılarda 7 uşağı ilə birlikdə bacısını da vurduqdan sonar intihar edən Enginin vəkili Cüma Tiryaki hadisənin qısqanclıq zəminində, hər hansı bir eşqə dayanmadığını bildirib. Engin sadəcə yoxsuluq üzündən bütün ailəyə və özünə qəsd etdiyini söyləyib.

İl yarım bundan əvvəl Batmanda heyvandarlıqla məşğul olub, heyvanlarının ölməsi səbəbindən 350 min lirə ziyana düşən Engin Sargık ailəsi ilə birlikdə İstanbula köçüb.

Qətliamı törətməzdən əvvəl işlədiyi tikiş atelyesindən işdən çıxarılan Engin Sağlıq vəkil Cuma Tiryakiyə müraciət edib. Vəkil onu qeyd edib ki, Sarğık ailəsini yandıran bu hadisənin yasaq bir eşqə baglanmasıdır. Halbuki Enginin həyat yoldaşı Sacidənin oxuyub yazmağı, hətta mobil telefonu belə yoxdur və belə bir qadın haradan kimə mesaj yaza bilər ki?!

Enginin iş yoldaşları o işdən çıxarıldığı gün vəkilin xidmətindən istifadə etmək üçün ödənəcək 750 lirəsi belə olamdığını və bunu öz aralarında toplayıb sonra vəkilin yanına getdiklərini deyib. Enginin dostları onun qeyri-qanuni işdən çıxarılmasına qarşı hüquq mühafizə orqalarına rəsmi şikayət ediblər.

Vəkil Cuma Tiryakinin sözlərinə görə Engin çox sakit və tərbiyəli bir insan olub. Köçdükləri yerdə sıxıntı, borc işində yaşayır və bu borc üzündən təhdid edilirmiş. Onun belə bir həddə gəlib çıxmasınn da sadəcə yoxsulluq və borc üzündən olduğunu deyib.

Hadisədə ölən bir ailənin 7 üzvü isə bu gün İstanbulda dəfn olunub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir