İstanbulda gecə klubunda qətl törədən qatil sağ yaxalandı – VİDEO


İstanbulda  gecə klubunda qətl törədən qatil sağ yaxalandı - VİDEO
İstanbulun məhşur Reina keçə klubunda yeni il gecəsi 39 adamı öldürüb 71 adamın yaralanmasına səbəb olan özbək əsilli terrorçu bu gün səhər saatlarında polislər tərəfindən yaxalanıb. Terroçunun sağ yaxalanmasının İstanbul Asayiş müdiri Mustafa Çalışkanın təlimatıyla həyata keçirildiyi bildirilir.

Türkiyə KİV-nin verdiyi xəbərə görə əməliyyat 3 gün əvvəl hazırlanıb. Terrorçunun olduğu söylənilən Esenyurddakı bina izlənməyə başlanıb. Mustafa Çalışkan hadisənin arxasında kimlərin durduğunu öyrənmək üçün terrorçunun sağ ələ keçirilməsinin gərəkdiyini bildirib və əməliyyat planı buna görə hazırlanıb. Əməliyyatdan əvvəl Terrorla Mümcadilə şöbə müdirliyi (TEM) ilə birgə yığıncaq keçirilib.

Əldə edilən məlumatlar dəyərləndirilib. Terrorçunun sağ tutulması üçün risklər hesablanıb. Bu əməliyyatı həyata keçirtməkdən ötəri TEM üzvlərindən ibarət xüsusi qrup yaradılıb. Qrup üzvləri əməliyyata start verilən saatda-23:40-da terrorçunun olduğu adresə giriblər. Qatillə polislər arasında 20 dəqiqəyə yaxın çatışma olub. Polislərə müqavimət göstərərək onları vurmaq istəyən qatilin bütün səylərinə baxmayaraq o, sağ ələ keçirilib.

Uğurlu keçən əməliyyatdan sonar terrorçu yaxalandığı yerdən Vətən prospektində yerləşən İstanbul polis idarəsinə götürülüb. Onun suçunu etiraf etdiyi də yayılan xəbərlər sırasındadır.

Qeyd edək ki, bundan əvvəl 4 ayrı-ayrı əməliyyatdan qurtulan terrorçu Əbdülqadir Maşarapov bu son əməliyyatda yaxalanan zaman onunla bərabər 4 nəfər də tutulub. Onlardan biri qırğız millətindən olan kişi, digərləri isə Misir, Senegal və Somalidən olan qadınlar olduğu deyilir.

/Yenises.ru/

VİDEO


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir