İsveçrə Narışkinin səfərini ləğv etdi


İsveçrə Narışkinin səfərini ləğv etdi
Narışkinə rəsməən İsveçrəyə “gəlmə”” dedilər.
İsveçrə höküməti Dövlət Dumasının sədri Sergey Narışkinin rəsmi səfərini ləğv edib. Bu qərar hazırkı siyasi şəraitlə izah olunur. Qeyd edək ki, Narışkin İsveçrəyə iki dövlət arasında diplomatik əlaqə qurulmasının 200 illik yubileyi ilə bağlı keçiriləcək bayrama dəvət olunmuşdu.

Martın sonunda Avropa və ABŞ-a getməsinə qadağa qoyulan məmurlar siyahısında Narışkinin də adı var. Buna baxmayaraq o, apreldə SSRİ-nin UNESKO-ya daxil olmasının 60 və Birinci Dünya Müharibəsinin başlamasının 100 illiyi ilə baglı tədbirlərdə iştirak edib. Bundan başqa Narışkin sentyabrın əvvələində Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleysı (AŞPA) prezident komitəsinin iclasına dəvət alıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir