Izmirdə gəmi batdı: 60 nəfər ölü


Izmirdə gəmi batdı: 60 nəfər ölü
Türkiyədə emmiqrantaların qaçaq yolu ilə İngitərəyə getmək üçün mindiyi 15 metrilik balıqçı gəmisi yükün agırlığına tab gətirməyərək qayalara çırpılaraq batıb. Gəmi qəzasında 44 qaçaq və 2 təşkilatçı qurtulub. 11 kişi, 18 qadın, 29 uşaq və 2-si də bələkdə olan körpə olmaqla 60 nəfər isə ölüb.

İzmirin Menderes əyalətinin Əhmədbəyli bölgəsi ilə Yoncagöy arasındakı Baradan kəndi yaxılığındakı sahildə gəmi parçaları görənlər sahil təhlükəsizlik jandarmasına xəbər veriblər. Jandarmaların sahildə və dənizdə apardığı axtarışlar nəticəsində 46 nəfəri xilas etmək mümkün olub. Xilas olanlar Pakistan, İrak və Suriya vətəndaşalrı olduğu bildirilir.

Qaçaqlardan kürtcə bilən əsgərlərin vasitəsiylə alınan məlumata görə onlar burada qaçaq insan aparan tacirlərlə görüşüb İngiltərəyə getmək üçün anlaşıblarmış.

Hadisədən sonra hərəkətə keçən jandarma sahilə üzməyə çalışan insanlar arasında olan gəminin kapitanı Burhan Yılmaz və koməkçisi Mustafa Mucuku həbs edib.

Bürhan Yilmaz ilk ifadəsində qaçaq insan apardığını haqqında danışmayıb. O gəminin gəzinti gəmisi olduğunu və gəmi 60 nəfərlə dəniz gəzinitisinə çıxıdğını bildirib.

Menderes Bələdiyyə başçısı Tahsin Kürtbeyoğlu hadisə yerində verdiyi açıqlamada “Bu gün 05:20 radələrində gəmi yola çıxdıqdan sonra batdığını təsbit etdik. Bu bölgədən bir çoxları qaçaqlıqla keçməyə çalışırlar. Amma bizdə qaçaq gəmisi geçəcəyi haqqında məlumat yox idi. Araşdırama aparılır”-deyə danışıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir