İzvestiya: Rusiya aprelin 12-dən etibarən Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər


Bunun səbəbi respublikada epidemioloji vəziyyətin kəskinləşməsidir.

 Epidemioloji vəziyyətə görə aprelin 12-dən  etibarən Rusiya ilə Türkiyə arasında hava trafiki bir ay məhdudlaşdırıla bilər. İzvestiya qəzeti bu barədə cümə günü Nəqliyyat Nazirliyindəki mənbələrə və iki böyük turoperatora istinadən yazır.

Qəzetin yazdığına görə, məhdudlaşdırıcı tədbirlərin   aprelin 12-də – bazar ertəsi günü qüvvəyə minəcəyi təxmin edilir,  lakin hava  nəqıliyyatının  tamamilə  dayandırılması gözlənilmir.  Məhdudiyyətlərin çarter uçuşlarının qadağan olunması ilə bərabər Türkiyədən gələnlər üçün 14 günlük karantin tətbiq oluna biləcəyi də gələn məlumatlar sırasındadır. Eyni zamanda, yük-sərnişin daşıma  reyslərinin  bir hissəsinin saxlanılması planlaşdırılır.

Aprelin 8-də  Türkiyə Səhiyyə Nazirliyi  bütün pandemiya dövründə koronavirus infeksiyasına yoluxmanın   gündəlik   artımının ən yüksək  həddinə çatdığını təsbit edib. Belə ki,  gün ərzində   55 mindən çox yoluxma  qeydə alınıb. Respublikada  bundan  əvvəlki anti-rekord  bir gün əvvəl  54740  olub.  Bundan əlavə  Dövlət Dumasının təhsil və elm komitəsi sədrinin birinci müavini, Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko rusların bu il tətillərini ölkə daxilində keçirmələrinin daha münasib ı olacağını bildirib və bunun üçün  olkədə bütün imkanların var –deyib. Eyni zamanda  qeyd edib ki, Türkiyə sağlamlığı epidemioloji vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün indi bu ölkəyə  səyahətlər  təhlükəlidir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir