Jirinovski bu dəfə də “ıqqıldadı”


Jirinovski  bu dəfə də “ıqqıldadı”
O, “ı” hərfini əlifbadan çıxarmağı təklif edir.
Jirinovskiyə görə Avropa Rusiyanı “ı” hərfinə görə sevmir.

LDP-nın lideri Vladimir Jirinovski “ı” hərfinin əlifbadan çıxarılmasını təlif edib. Bu haqda REGNUM agentliyi məlumat verib.

Dövlət Dumasının yığıncağından əvvəl Jirinovski bəyan edib ki, bu zibil “ı” hərfini əlifbadan çıxartmaq lazimdir, o asiyasayaqdır və ona görə Avropada onları-rusları sevmirlər. O, qeyd edib ki, bu hərf rus dilinə monqollardan gəlib və avropa dillərindən birində də yoxdur. Siyasətçi əlavə edib ki, “Qirtlaq səsi ilə heyvanlar danışır”.

Jirinovskinin sözlərinə görə oğlu İqor Lebedev (Dövlət Dumasının vitse-spikeri) uşaq vaxtı “ı” hərfini deyə bilmirmiş. “Ata, ata, mişka (“ayı”)-deyib. Sən demə “mış”- “siçan” demək istəyirmiş.

Fevralda Jirinovski Dövlət Dumasına “ dodaqdan öpüşməyin qadağan olunması” məsələsini çıxartmaq istəyirdi. “Alından öpülsün və öpülən yer spirtlə dezinfeksiya edilsin”,-təklif belə idi. Elə həmin ayda KİV-də terrorun yayımlanmasına məhdudiyyət qoyulmasını-fikrini də irəli sürmüşdü.Bunu “Media terrorçuları reklam edir”-deyə əsaslandırmışdı.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir