Jirinovski “Kim milyoner olmaq istər” proqramında türkcə şeir söylədi


Jirinovski  “Kim milyoner olmaq istər” proqramında türkcə şeir söylədi
Hər zaman türklərin, azərbaycanlıların əleyhinə çıxışlarına adət etdiyimiz Vladimir Jirinovski bu gün “Kim milyoner olmaq istər” (“Kto xoçet stat milyonerom”) proqramının qonağı oldu. Yarışmada verilən sualı cavablandıran zaman Teoman Altay və Suat Sayının həyat verdiyi, Zəki Müren, Müazzez Ersoyun və bir sıra türk sənətçilərinin sevə-sevə oxuduğu “Sevemez kimse seni” türk mahnısından bir beyti söylədi.

Sevemez kimse seni, benim sevdiğim kadar
Sevgilim sen olmasan bu dünya neye yarar?-

misralarını dilə gətirən Jirinovski “baxın, nə gözəl deyilib”-deyə onun mənasını rusca anlatdı.
Jirinovskinin türk dilində bildiyi hər kəsə məlumdur.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir