Jirinovski “Şəhərə adətini daşıyan ciddi cəzalandırılmalıdır”-dedi


Jirinovski   “Şəhərə adətini  daşıyan ciddi cəzalandırılmalıdır”-dedi
Rusiya Liberal Demokrat Partiyasinin sədri bu dəfə dünən Moskvada qafqazlıların toy maşın karvanı keçərkən havaya atəş açmaqları ilə bağlı olan insidentdən danışdı.

O Cinayət məcəlləsinə toyda atəş açmaq da daxil olmaqla “şəhər həyatına milli adətlərini” tətbiq edənlər üçün böyük məbləğdə cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası maddəsinin qaytarılmasını təklif edib.

“Biz ictimai birlik və dini təşkilatlarla iş üzrə komitəyə şəhər həyatına yerli milli, dini adət-ənələrini tətbiq edənlərin cavabdehlik daşıması üçün sovet Cinayət kodeksinin maddəsinin bərpa edilməsini tapşıracağıq”-deyə Jirinovski jurnalistlərə söyləyib. Onun sözlərinə görə bu cür qanunpozmalara görə 100 mindən 500 min rubla qədər, ya da 1 ildən 3 ilə kimi həbs cəza nəzərdə tutulmalıdır.

“Atəş açdılar, üç il yatdılar, başqaları atəş açmayacaq. Atəş özü şəhər sakimlərini sterssə salır. Insanlar nə baş verdiyini bilmirlər”-deyə siyasətçi bildirib. Jirinovski onu da xatırladıb ki, sovet zamanıda çoxarvadlılığa, gəlin üçün başlıq və bu səpkidən olan adətlərə görə cəza tətbiq olunurdu.

Xatırladaq ki, dünən Qafqazlılar gəlin gətirən zaman Moskvanın Tverskoy küçəsindən keçən toy maşınları karvanından havaya atəş açılmışdı. Bu səbəblə 15 nəfər polis tərəfindən saxlanmış və sonra travmatik silahdan atəş açan şəxs 2 min rubl məbləğində cərimə edilərək sərbəsrt buraxılmışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir