Jurnalist Ekspert Mərkəzi Norveçli jurnalisti qınadı


Jurnalist Ekspert Mərkəzi Norveçli jurnalisti qınadı

“Avroviziya 2012” mahnı musabiqəsi keçirilən zaman özünü İranın “Tekon” televiziyasının jurnalsiti kimi təqdim edən və yayımladığı kadrlarda Azərbaycan bayrağına hörmətsizlik etməklə yanaşı bu möhtəşəm tədbiri aşağılayan jurnalistin hərəkəti hər kəsdə ikrah hissi doğursa da buna ilk rəsmi etiraz Jurnalsit Ekspert Mərkəzindən (JEM) gəldi.

JEM-in sədri CeyhunMusaoğlu Azərbaycan KİV-nə verdiyi açıqlamada “bunu elə o kadrlar yayımlanan günü də edə bilərdik”-deyib. “Sadəcə özünü İranın “Tekon” televiziyasının jurnalisti kimi təqdim edən adamın əsl kimliyini araşdıranda sonra etirazımızı konkret adresə ünvanlanmağı düşündük”. JEM-in sədri onu da əlavə edib ki, İranın Azərbaycandakı səfiri onlarda “Tekon” adlı televiziyanın və kadrdakı jurnalistin İran vətəndaşı olmadığını bildirib.

Tamaşaçıda ikrah yaradan reportajın müəllifi Norveçdə satirik proqram aparıcısı Amir Asgharnejad «Eurovision 2012» həftəsində Norveç heyətində Bakıya gəlidiyi və burda Azərbaycanla bağlı satirik video-süjetlər hazırladığı xəbəri isə Norveç Yayım Korporasiyasının kommunikasiya direktoru Tommy Hansenin açıqlamasından aydın olub.

JEM –in sədri Ceyhun Musaoğlu- “Özünü bizim həmkarımız kimi təqdim edən Amir Asgharnejadın hərəkəti dünya jurnalistikasına ləkədir. O, jurnlaistikanın bütün prinsiplərini pozmaqla bizim müqəddəs peşəmizə həqarət yaxmış oldu. JEM olaraq belə halı pisləyir və Norveçli həmkarlarımıza müraciət edirik ki, Amir Asgharnejad kimi “jurnalistlərə” haqlı iradlarını ifadə etsinlər, nəinki Norveç Yayım Korporasiyasının kommunikasiya direktoru Tommy Hansen kimi mövqe tutmaq. Əminik ki, həmin “jurnalist” cənab Hanseni də birtərəfli informasiya ilə aldadıb”-deyə qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir