Jurnalist Sergey Dorenko motosikl qəzasında öldü


Jurnalist Sergey Dorenko motosikl qəzasında öldü
“Qovorit Moskva”” radiostansiyasının baş redaktoru Sergey Dorenko bu gün Moskvada motosikl qəzasında həyatını itirib. Bu haqda TASS agentliyi məlumat verib.

Mash saytının yazdığına görə Sergey Dorenko Triumph motosiklində gedərkən qəza törədib. “”VKontakte”” məlumat verir ki, belə bir motosikl “”Zemlaynoy val”” küçəsində qəzaya uğrayıb. TASS agentliyinə danışan mənbənin bildirdiyinə görə juralistin ürəyi ilə bağlı problem olub və o, motosikldən yıxılıb.

“”Exo Moskvı”” radiostansiyasının baş redaktoru Aleksey Venediktov yazıb ki, Dorenko yolun ona aid olmayan qarşı hissəsinə keçib və bardürlə toqquşub.

ARAYIŞ

Sergey Dorenko 1959-cu ildə Kerçdə doğulub. Televiziyada işləyəndən sonra tanınıb və ORT-də “”Vremya”” müəllif proqramının aparıcısı olub. 2014-cü ildən “”Qovorit Moskva”” radiostansiyasının baş redaktoru vəzifəsində çalışırdı.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir