Kaddafi Sarkozinin məlumatı ilə öldürülüb


Kaddafi  Sarkozinin  məlumatı ilə öldürülüb
Liviyanın keçmiş lideri Kaddafinin fransız agent tərəfindən öldürüldüyü haqda İtaliyanın Carrera la Sera mətbu orqanı Liviya hökümət nümayəndələrinə istinadən məlumat verib. Mətbu orqanı Kadafinin o zamankı Fransa prezidenti Sarkozinin göstərişi ilə öldürüldüyünü iddia edir.

Ötən il oktyabrın 20-də xarici agent inqilabçı briqadaya qarışaraq Kaddafinin başına atəş açıb. Carrera la Sera xatıradır: Fransa NATO-nun hücumunu müdafiə edəndə Kaddafi açıq şəkildə 5 il əvvəl Sarkozini seçkiqabağı kompaniyasını maaliyyələşdirdiyi haqqında danışacağı ilə hədələmişdi. Adışəkilən mətbu orqanı Tripoli diplomatlarının rəyini öyrənməyə müvəffəq olub. Onlar deyiblər ki, Sarkozinin olduqca tez bir zamanda polkovnikin ağzını birdəfəlik baglamaq üçün səbəbi var idi.

“Liviyada inqilabi hadisələrə NATO müdaxilə edəndə Nikola Sarkozi höküməti qərarlı şəkildə hücumu müdafiə etdi. Kaddafi o zaman Sarkozi ilə bütün münasibətlərinin detallarını açacağını, milyolrala dollar Sarkozinin seçki platformasına yardım etdiyini söyləyəcəyini bildirmişdi. Sarkozinin polkovniki susdurmaq üçün bir çox səbəbləri vardı”-deyə Tripolidəki avropalı diplomatlar bəyan edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir