Kadırov bir postda Qrefin atasının adını 3 dəfə səhv yazdı


Kadırov bir postda Qrefin atasının adını 3 dəfə səhv  yazdı
Çeçenistan başçısı Ramzan Kadırov Moskvada Sberbankın sədri German Qreflə görüşüb. Danışıqların yekununda İnstagram-dan böyük bir post paylaşıb və həmin yazıda Qrefin atasının adını 3 dəfə qarışdırıb. Telegram kanalı buna diqqət yetirib.

Kadırov izləyiciləri ilə Qreflə görüşünün poztiv nəticələrini paylaşıb. O qeyd edib ki, Sberbankın başçısı ilə görüşmək “hər zaman xoşdur””, çünki o, “”ən çətin problemləri yaxşı anlayır””. Bununla yanaşı, Qref Oskaroviç yerinə onu Ottoviç adlandırıb. Sonradan məlumat redaktə olunub. Hazırda posta Qrefin atasının adı doğru göstərilib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir