Kadırov Suriyada çeçen hərbçilərinin olduğunu təsdiq edib


Kadırov Suriyada çeçen hərbçilərinin olduğunu təsdiq edib
Çeçenistanın başçısı Ramzan Kadırov öz instagram səhifəsindən çeçenlərin Suriyanın Hələb şəhərində hərbi xidmət keçdiyi haqda yazıb.

Onun sözlərinə görə onlar bu şəhərə göndərilmiş Rusiya Müdafiə nazirliyi hərbi polis batalyonunda xidmət edirlər.

Ramzan Kadırov Suriyada olmuş Dövlət Dumasının deputatı Adam Delimxanov və Çeçenistan müftisi Salah Hacı Meciyev ilə görüşü zamanı bu barədə deyib.

“Meciyev ve Delimxanov çeçen gənclərinin də xidmət etdiyi Rusiya Müdafiə nazirliyi hərbi polis batalyonuna baş çəkiblər””-deyə o, yazıb.

Çeçenistan başçısı onu da qeyd edib ki, hərbçilər “”Hələbdə sülhü və asayişi bərpa etməyə, eləcə də mülki vətəndaşları qorumağa xidmət etdiklərindən “” qürurla danışıblar.

Dekabrın sonunda Rusiya Müdafiə nazirliyi məlumat vermişdi ki, hərbi polis batalyonu Suriyada tapşırığı yerinə yetirmək üçün Hələbə gəlib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir