KASIBLAR KASIBLAŞIR, ZƏNGİNİN VARI BAŞINDAN AŞIR


KASIBLAR KASIBLAŞIR, ZƏNGİNİN VARI BAŞINDAN AŞIR

Dünyanın ən zəngin 8 adamının ümumi sərvəti 426 milyard dollardır.

Dünya əhalisinin kasıblardan ibarət yarısının, yəni 3,6 milyard adamın “sərvəti” də 426 milyard dollardır.

Bill Geyts 75; Amansio Orteqa 67; Uorren Baffet 60,8; Karlos Slim 50; Ceff Bezos 45,2; Mark Tsukerberq 44,6; Lari Ellison 43,6; Maykl Blumberq 40 milyard dollara sahibdirlər.

2009-cu ildən 2016-cı ilə qədər 793 zənginin sərvəti ildə 11 faiz artaraq 2,4 trilyon dollardan 5 trilyon dollara çatıb.

Dünya əhalisinin 10 faizi gündə 1,9 dollarla keçinir, hər 9 adamdan biri isə ac qalır.

OXFAM adlı beynəlxalq birliyin hesabatından götürülmüş bu məlumat göstərir ki, əslində dünyada mövcud olan ümumi sərvət Yer kürəsinin bütün əhalisinin tox yaşamasını təmin etməyə qadirdir.

Yeri gəlmişkən “trilyon” vahidin yanında 12 sıfır olan ədəddir və sadəcə 793 zənginin sərvəti əhali arasında bərabər paylansa adambaşına təxminən 695 dollar düşər.

Birliyin məlumatına görə, boyük korporasiyaların öz səhmdarlarına çox dividend vermək üçün vergidən qaçmaları kasıb ölkələrə ildə 100 milyard dollar zərər vurur. Bu məbləğ məktəbə gedə bilməyən 124 milyon uşağa təhsil verməyə yetərdi.

Cəfər Sadıq


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir