Kemeron Rusiyanı yeni sanksiyalarla təhdid etdi


Kemeron Rusiyanı yeni sanksiyalarla təhdid etdi
Böyük Britaniyanın baş naziri Devid Kemeron Ukraynanın şərqində separatçıların yeni əraziləri işğal etməsinə cavab olaraq antirusiya sanksiyalarını kəskinləşdirəcəklərni deyib. Bu haqda Reuters agentliyinin məlumatında bildirilir.

Kemeronun sözlərinə görə “cəbhəçilərin Debaltsevdə atəşkəs razılaşmasını pozmasından sonra Rusiyanın qanunsuz hərəkəti yeni həddə çatıb”.

O, qeyd edib ki, Böyük Britaniya Rusiyaya bundan sonra da təzyiq göstərməyə, onun “böyük səkkizlərdən”təcrid edilməsinə qədər davam edəcək. Britaniyalı nazir onu da əlavə edib ki, yaxın günlərdə Rusiyaya münasibətdə sonrakı addımlar “yeddilər” ölkələri ilə müzakirə olunacaq.

Bundan əvvəl Kemeron Ukraynanın humanitar problemlərini həll etməkdən ötəri Böyük Britaniyanın 15 milyon funt sterlinq ayırdığını bəyan etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir