Kim Çen In dayısını itlərə yem edibmi?


Kim Çen In dayısını itlərə yem edibmi?
Dünya mətbuatı bunu müzakirə edir.

Şimali Koreya lideri Kim Çen Inın doğma dayısını itlərə yem etdiyi haqqında şaiyələr gəzir. Onun dayısı Çan Son Txeka və 5 köməkçisini 120 vəhşi itin olduğü qəfəsə atılmasını əmr etdiyi haqqında Sinqapur qəzeti yazıb.

Sinqapurun Straits Times qəzeti bu məlumatı 12 dekabrda Çinin “Ven Vey Boa” dövlət qəzetində çap olunmuş xəbərə istinadən yayıb.
“Dəhşətli məqalə Şimali Koreya liderinin qəddarlığına aydın sübutdur-deyə Straits Times qəzetinin müxbiri Çinq Çonq yazısında qeyd edib. Bu xəbərin Pekinin nəzarətində olan qəzetdə verilməsi onu göstərir ki, artıq Çin hökümətini Kim Çen In rejimi maraqlandırmır”-deyə müxbir bildirib.

Telegraph qəzetinin jurnalisti Tom Stenli isə bu hadisənin “cəlbedici” göründüyü və hətta hədsiz cəlbedici olduğu üçün həqiqi ola biləcəyi düşüncəsini paylaşıb.

“İş orasındadır ki, Şimali Koreya rejimi o qədər qorxuludur ki, onun haqqındakı uydurmalara belə inanmamaq çətindir”-deyə yazır, o -Kim Çen In uşaq əti yeyir? Kim Çen İnin ölüsü dirilib kəndləri gəzərək uşaqları qorxudur? Bütün bunlar mümkün olan kimi görünür”.

Stenli məqaləni xəbəri şərh edərkən məqaləni yazanın rəhbərinin kim olduğuna da diqqət yetirməyi vurğulayır.

“Straits Times qəzeti mötəbər və oxunaqlı olmaqla, Sinqapurun hakim partiyasının ruporu rolunu oynayır. Bu siyasi qərəzli ola bilər. Biz bu versiyanı da nəzərdən qaçırmamalıyıq ki, Çin bunu uydurub və məqaləni genişləndirərək Pxenyana siyasi siqnal göndərib. Kim Çen Inın dayısı Çin ilə Şimali Koreya arasındakı iqtisadi münasibətlərin arxitektoru idi və belə güman edilir ki, onun edam olunmasını qarşı tərəf qəzəblə qarşılayıb”.

Washington Postdan Maks Fişerin fikrincə isə Qərb mətbuatı bu kimi qəribə hadisələri çap etməklə diqqət çəkmək istəyir. O, NKNews.org sayının redaktoru Çada Okerollanın dediyini misal gətirərir: “Şimali Koreya haqqında məqaləni hamı oxuyur, redaktorların bu səpkidən olan məqaləni çap etmək istəməsi anlaşılandır”.

Beləliklə dünyanı aparıcı qəzetlərinin müxbirləri bu hadisənin Şimali Koreya kimi bir ölkədə baş verə biləcəyini inkar da etmirlər. Bu Şimali Koreyadir.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir