Kim Çen In ordusu xəbərdarlıq etmədən müharibə edəcək


Kim Çen In ordusu  xəbərdarlıq etmədən müharibə edəcək
Şimali Koreya lideri Kİm Çen In orduya KİV-ə məlumat vermədən müharibəyə hazır olmağı əmr edib.

Atası Kim Çen İrın “Böyük lider” elan olan olunması və sələflərinin ildönümü ərəfəsində Koreya xalq ordusunun 526 saylı hissənini ziyarət edən ölkə başçısı orduya hər zaman müharibəyə başlamağa hazır olmagı tapşırıb. Bu haqda “Ryonxal” agentliyi Şimali Koeya mediasına istinadən xəbər verib.

Koreya Mərkəzi informasiya agentliyi qeyd edir ki, Pxenan-namdo əyalətinin Nampxo şəhərində yerləşən 526-cı “böyük hünər ordu hissəsi”ndə 1950-1953-cü illər savaşında 57 respublika qəhrəmanı iştirak edib. Hərbi hissə komandirləri ilə görüş keçirən Kim Çen In atası Kim Çen İnin “böyük başçı” elan olunmasını qeyd edərək, onun KXDR-nı “dünya səviyyəsində hərbi güclü” dövlət etdiyini söyləyib.

Əsgərlərin həyat şəraitinə baxan ölkə lideri onlara təlimat verib. “ Unutmayın, nə zaman müharibə edəcəyimizi elan etmək olmaz və hər an hərbi hücuma hazır olmağa davam edin”- deyib Kİm Çen In.

KXDR başçısını bu görüşdə siyasi büronun vitse-marşalı Çxve Ren Xe, Ali ordu qərargah rəisi Li En Gil, Xalq silahlı qüvvələri naziri Çan Çon Nam və ölkənin digər yüksək hərbi simaları təmsil edib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir