Kim kimi olmaq istərdin?


Kim kimi olmaq istərdin?

Ya da kim kimi olmaq istərdim. İndi kumirlər qələbəliyində ya deyək qələbləik kimi görsənən qitlığında seçim etmək də çətindir. Bir də hərənin öz düçüncə tərzinə görə seçimi var.

Nə qədər zövq çoxçalarlığı olsa da, bir nöqtədə birləşən nüans da var ki, onun ölçüsü maddiyatdır.

Türkiyə СHP rəhbəri Qılıncdaroğlunun hələ dalğası qulaqlardan uzağa getməmiş fikrini oxudum. “Ölkə adam başına düşən gəliri ilə irəli getməz. İntellekti ilə ölkəni tanıtmaq olar. Hətta elə olsa Ərəb Əmirlikləri ən sivil ölkə olardı” deyə də misal çəkir.

Onun fikrininin mürəkkəbi hələ qurumadığı üçün örnək çəkdim. Əlsində dövrümüzün arxasında qalan Cibeyran kimi dahinin də “bir millət sayı ilə deyil, intellektlərinin sayı ilə tanınar”- kimi fikri var.

Hə, indi mənəvi ölçülər maddi ölçülərin nisbətində nəzərə çarpır. Yoxsa bir viranədə dünya miqyasında kəşflə məşğul olsan sənə “dəli” deyəcəklər.

Bir dəfə biri Moskvada zəngin bir iş adamı və diaspora rəhbəri olanın yanına gedir. Ona çox gözəl bir ideyası olduğu, lakin bu ideyanı gerçəkləşdirməkdən ötrü vəsaiti olmadığını deyir. Iş adamı pəncərədən bunun gəldiyi maşına görübmüş. Bu günə qədər qazancı bir sınıq-salxaq maşın olan adamın ideyasına inanmır.

Bunu da təsadufi misal gostərmədim. Hətta bacarığın belə qazandığın paranın həcmi ilə ölçülür.
O zaman bu günün ən tələb olunan yazarı olmaq üçün nə lazımdır? (Bu sual da özümədir)

Öncə reklam. Sonra görünüş. Tanrı vermədiyini isə yenə də bəndənin əli ilə dəyişən dünyadayıq. Bəndə də maddiyatın müqablində dəyişəcək.

Əvvələ qayıdaq. “Kim kimi olmaq istərdik”- istəyinin də kökündə maddi durumu, ictimai ortamda bəlli yeri olandan yana olmaq olacaq. Evdə qızınız bir çılpaq müğənniyə oxşamaq istəsə təəccüblənməyin. Səhnədə qazandığını həyatına da gətirən biriniə niyə oxşamaq istəməsin ki?

Ya oğlunuz başının tükü sayı kitablar oxuyub, elmi pulundan çox olana deyil, pulu elmindən çox olana oxşamaq istəyəndə də normal yanaşın. Çünki hər ikisinin olduğu eyni məclisdə pulu olan yenə elmi olandan qabaqdadırsa, ona bu seçimi diktə etdirən- durumdur.

Elədə və ya belədə yenə də tərbiyəçi qədim Şərq fəlsəfəsinin filosoflarının nəzəri fikrindən daha çox günün nəticəsinin təlqinidir.

Bayağı yazıların belə alıcısı (oxucusu) intellekt qələmindən çıxanınkından çoxdur. Niyə? Çunki tanrı adiləri, seçilməyənləri daha çox yaratdığından seçmək haqqı onlardadır. Onların sayının çoxluğu ilə dəyər çoxluğu ölçülür.

Yenə umidləri kabablıq üçün kəsilən quzu kimi dögradım, tökdüm. Kim kimi olmaq istərdin-sualının cavabını da elə bu gün evdə oturub tavana və sosial şəbəklərə baxıb yazanlar kimi hamının yerinə verdim.

Bircə hamının yerinə bizə danışmaq haqqını kim verib-sualina cavab tapa bilsəydim…Bircə şəbəkə xarcində olanların həyatını bu şəbəkəyə qoşub onların kimdən örnək aldıqlarını soruşsaydım…

Onlar üçün ag-qara televizorda görünən həyatın nostalgiyasından başqa bir şey yoxdur. Onların “kim kimi olmaq istərdin?”- sualını düşünəcək kimi imkanı (lüksü sözu yerinə düşür burada) da yoxdur.

Onların yerinə də təxmin edən olacaq. Və bu təxminlərinin altına böyük bir kəşfə imza atmış kimi imza da atacaqlar.

Bu yazdıqlarımdan sonra imza qoymağa da tərəddüd etdim. Lakin ən azından “kim kimi olmaq istərdim” sualının cavabını özümə özüm verirəm. Yenə də sadəcə mənəviyyatı dəyərləndirib maddiyatın keçici olduğunu düşünən biri olaraq qalardım. Çünki mənim də, ola bilməyəcəyim xəyalın dalınca qaçmaq kimi lüksüm yoxdur!!!

Tünzalə Vəliqızı, Moskva
10.07.2012


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir