KİV: Israil məxfi məlumatlarının Rusiyanın əlinə keçəcəyindən narahatdır


KİV: Israil məxfi məlumatlarının Rusiyanın əlinə keçəcəyindən narahatdır
İsrail məmurları son 15 ildə Tel-Əvivin Vaşinqtonla paylaşdığı məxfi məlumatların Donald Tramp administrasiyası tərəfindən Rusiyaya, sonra isə İrana ötürüləcəyindən narahatdırдфк. Bu haqda The Independent “Yediot Axronot”” qəzetinin jurnalisti Ponen Berqmana istinadən xəbər verib.

Berqman deyib ki, Amerika kəşfiyyatının nümayəndələri bu günlərdə israilli həmkarları ilə gizli görüş keçirərək hazırkı işləri müzakirə ediblər. Onun sözlərinə görə amerikalılar təsdiq edirlər ki, Vladimir Putinin Trampa “”təzyiq etmə aləti”” var. Onun üçün İsrail höküməti bundan belə Ağ Ev və təhlükəsizlik məsələləri üzrə milli şura ilə məxfi informasiyaları paylaşarkən ehtiyatlı olmalıdır.

Bundan başqa Berqmanın fikrincə, Trampın Moskva ilə hər hansı uyğunsuz əlaqəsinin olub-olmaması təsdiqini tapmayınca israillilər heç bir məxfi məlumatı Ağ Evlə paylaşmamağı məsləhət bilirlər.

İsrail xüsusilə məxfi məlumatların onlarla düşmən münasibətində olan İranın əlinə keçəcəyindən ehtiyatlanırlar deyə məqalədə deyilir. Mətbu orqanının verdiyi məlumatda o da vurğulanır ki, İsrail və Amerika xüsusi xidməti 2000-ci ildən sıx əməkdaşlıq edirlər. İranla nüvə əməkdaşlığına baxmayaraq ABŞ İsrail üzərindən bu ölkədə kəşfiyyat məlumatlarını almaqda davam edir.

Əvvəl BuzzFeed и CNN kimi KİV-lər “”rus agentlərin”” əlində Trampa qarşı kompramat var -deyə xəbər vermişdilər. Seçilmiş prezident bunu saxta məlumat olduğunu söyləyib.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov öz növbəsində Kremldə Tramp əlehinə kompramat olmasını “”cəfəngiyyat”” adlandırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir