KİV: Kaddafinin qatilləri bir-bir aradan götürülür


KİV: Kaddafinin qatilləri bir-bir aradan götürülür

Liviya lideri Muammar Kaddafinin yerini təsbit edənlərdən biri olan Omran Jumaa Şaaban Kaddafinin tərəfdarları tərəfindən ağır təcavuzə məruz qalması nəticəsində vəfat edib.

Misuratdan olan Omran Jumaa Şaaban və onun üç dostu ay yarım bundan əvvəl silahlı adamlar tərəfindən Bani-Valid şəhəri yaxınlığında oğurlanıb. Onlar qaçırılan zaman silahlı toqquşma baş verib və Omran yaralanıb. Sonrakı həftələr də əsirləri naməlum yerdə saxlayaraq, döyüb işgəncə veriblər.

Ayağından yaralı olan Jamaxariya liderini atışma yerindən təcili yardım maşını aparıb.

Sentyabrın əvvələrində Kaddafinin tərəfdarları çox olan yer kimi tanınan Bani-Valid şəhərinə səfəri zamanı Ümimimilli konqresin başçısı və dövlətin müvəqqəti rəhbəri Muxammed Yusif al-Maqref Şabaan və iki dostunun azad edilməsinə müvəffəq olub. Kaddafini ələ verib öldürən dördüncü iştirakçı isə hələ də əsirlikdə saxlanılır.

Omran Jumaa Şaaban azad olunduqdan sonra Fransaya müalicəyə aparılıb və çərşənbə axşamı Paris hostipatallarından birində vəfat edib. Onun ölümü ilə bağlı Mirsuratda matəm elan edilib. Dəfn mərasimində 10 mindən çox adam iştirak edib. Onun ölümü ilə bağlı insanlar Tripolidə parlament binası qarşısına toplaşaraq müqəssirlərin cəzalandırılmasını tələb ediblər.

Bu Liviyada bir il əvvəl tarix yazanlardan ölənlərin birincisi deyil. 2011-ci il oktyabrın 20-də Muammar Kaddafini tutaraq vəhşicəsinə öldürənlərdən bir neçəsi də müəmmalı şəkildə ölüblər. Eyni zamanda Omran Jumaa Şaabanın qohumları bildiriblər ki, Muammar Kadaffinin yerini tapıb ələ keçirənə vəd edilən 800 min dollar kimsəyə ödənməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir