KİV-nin öldürməyə tələsdiyi Mübarək yaşayır


KİV-nin öldürməyə tələsdiyi Mübarək yaşayır
Vəziyyəti stabilləşən Hösni Mübarəkin vəkili Ferid el Deeb CBC televiziyasına verdiyi aşıqlamasında “həkimlər məni öldürmək istəyir” –deyən devrilmiş liderin ətrafındaki kimsəyə güvənmədiyini və insanları tanımadığını söyləyib.

El Deeb Mübarəkin ona “ Rahat deyiləm və özumu güvəndə hiss etmirəm. Məni öldürmək üçün əmr aldıqlarını hiss edirım”-dediyini bildirib.

Mübarək mhkəmə qərarından sonra Tura həbsxanasına köçürülmüşdü. Sabiq liderin səhhəti ötən günlərdə kəsin pisləşıb, iki dəfə ürəyi dayanıb, həkimlər elektroşokla onu təkrar həyata qaytardıqları bildirilir.

Həbsxana yetkililəri mətbuatda Mübarəkin komaya düşdüyü xəbərləri təkzib edərək, səhhətində bu gündən etibarən nisbi yaxşılaşma getdiyini, ancaq yüksək qan təzyiqi ilə nəfəs almaqda çətinlik çəkdiyini açıqlayıblar.

Yeriməkdə çətinlik çəkən və şiddətli əzələ ağrıları olan Mübarək üçün həbsxanaya fizioterapiya həkimi çağırıldığı da öyrənildi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir