KİV: RF vətəndaşlığı alan xaricilər yenidən rus ordusuna xidmətə çağırılacaqlar


KİV: RF vətəndaşlığı alan xaricilər yenidən rus   ordusuna xidmətə   çağırılacaqlar
RF Müdafiə nazirliyi Rusiya vətəndaşlığı almış gənclərin hərbi silahlı hissələrdə xidmət etməsi üçün yeni qanun layihəsi işləyib.

Yenises.ru-nun РБК daily-yə istinadən verdiyi xəbərə görə yeni qanun 27 yaşına kimi olan, öz ölkəsində hərbi xidmət keçib-keçməməsindən asılı olmayaraq RF vətəndaşlığı almış kişilərə şamil ediləcək. İstisna olaraq Rusiya ilə aralarında beynəlxalq razılaşma olduğuna görə bu qanun Tacikistan və Türkmənistan vətəndaşlaıra tətbiq edilməyəcək.

“Kim ki, Rusiya vətəndaşlığı alırsa, həmin andan bizim qanun çərçivəsində hərəkət eməlidir, ona görə də qanun layihəsi tamamilə məntiqlidir”-deyə İctimai Palatanın milli təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Aleksandr Kanşin bəyan eidb.
Qanun layihəsini şərh edərkən Müdafiə nazirliyi çox sayda möhlətdə olanlara, çətin demoqrafik situasiyaya və Rusiya vətəndaşlarının böyük əksəriyyətinin orduda xidmət etmək istəməməsinə diqqət çəkib.

Düzəlişləri “Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” federal qanuna tətbiq etmək nəzərdə tutulur. Fevralın 7-də bu Rusiya höküməti tərəfindən təsdiqlənib.

Bundan əvvəl RF Müdafiə nazirliyi payız çağırış kompaniyasında 6,1 min vətəndaşın hərbi xidmətdən yayındığı haqqında məlumat vermişdi.

Beləliklə bu qanun azərbaycanlıların da yenidən rus ordusunda hərbi xidmətə cəlb edilməsini tələb edəcək. Sosial şəbəklərdə hərbi xidmət qorxusu Rusiyaya axının qarşısını almağa kömək edəcək fikrindən çıxış edənlər var. Hətta azərbaycanlılar xüsusi vurğulanaraq, 27 yaşına kimi olan- öz ölkəsində hərbidən yayınanların burada RF vətəndaşlığına sığınması baş tutmayacaq ironiyası da edilir.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir