Kiyevdə flaş kart oğrusu 3 gözətçini güllələyib


Kiyevdə flaş kart oğrusu  3 gözətçini  güllələyib

Ukrayna paytaxtında ticarət mərkəzdə flaş kart oğurlamaq istyən adam ona mane olan gözətçilərə atəş açıb. Bu haqda Kiyev milisi məlumat verib.

Hadisə Kiyevin Obolonsk rayonundakı “Karvan” ticarət mərkəzində qeydə alınıb. Kassaların birində gözətçi flaş kartı gizlədərək pulunu ödəməyən kişini görüb. Onu saxlayaraq xidməti otağa aparmaq istərəkən adam qəfidən atəş açıb.

Nəticədə üç gözətçi hadisə yerindəcə ölüb, biri isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Atəş açan qaçıb aradan çıxa bilib. “Qəsdən adam öldürmə” maddəsi ilə cimayət işi açılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir