Kiyevdə müsəlmanlar üçün “Gözəllik salonu” açıldı


Kiyevdə müsəlmanlar üçün   “Gözəllik salonu”  açıldı
Kiyevdə İslam mərkəzində müsəlmanlar üşün “Gözəllik salonu” açılıb. Bu haqda “Seqodnya” məkumat verib.

Salonun başqa gözəllik salonlarından fərqi yoxdur. Orda dinindən asılı olmayaraq hər kəs işləyə və salonun xidmətindən istifadə edə bilər. Sadəcə müsəlmanlar üçün xüsusi xidmət həyata keçiriləcək. Salonda tərkibində spirt olmayan kosmetik vasitələrdən istifadə ediləcək və kəsilən saçları işçilər süpürüb atılmayacaq, torpağa basdıracaqlar.

“Bizə müsəlman kişi saş kəsdirməyə gələrsə ona yalnız müsəlman kişi dəllək xidmət edə bilər. Analoji olaraq qadınlara da qadın saçkəsənlər. Qadın həm də başıörtülü işləyə bilər”-deyə layihənin müəllifi Olqa söyləyib. Qeyd edək ki, Olqanın familiyası haqqında məlumat verilmir.

Kişilər üçün saçkəsdirməyə görə 50 qriven, qadın üçün isə 80 qriven nəzərdə tutulub. Salonda namaz qılmaq üçün yer yoxdur. Amma İslam mərkəzi yaxında olduğu uçün müsəlmanlar oradan istifadə edə bilərlər.

Kiyevdə müsəlman cəmiyyətində 60 minə yaxın adam var. Keçən ilin dekabrında burada ilk məscid açılıb. Bu məscidin tikintisi 17 il çəkib.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir