Klinton: Məhəmməd peygəmbər haqqında olan “iyrənc film”lə heç bir əlaqəmiz yoxdur


Klinton: Məhəmməd peygəmbər haqqında olan  “iyrənc film”lə heç  bir əlaqəmiz yoxdur
“Müsəlman günahsızlığı” adlı Məhəmməd peyğəmbəri həaqrət edən filmin Amerikada nümayişi ilə bağlı Amerikanın dövlət katibi Klinton aşıqlama verib.

Əvvəlki aşıqlamalarında müsəlmanların Amerika səfirliklərini pisləyən Klinton ölkəsinin bu filmin ideyası ilə hər hansı bir bağlılığı olmadığını dilə gətirib. Mətbuat kabinin dediyi kimi onun sujetindəki ideyanı “iyrənc və mühakiməedici” kimi qiymətləndirib. Bu haqda Reuters agentliyi məlumat verib.

“Biz qətiyyətlə bu filmdəki ideyanın əleyhinəyik”-deyə Amerika dövlət katibi qeyd edib.
“Belə bir rəy formalaşır ki, filmin yaradıcıları böyük dini ləkələmək və düşmənçiliyi qızışdırmaq kimi çirkin yol tutub”-deyə Klinton vurğulayıb.

Bundan əvvəl isə İsrail Xarici işlər naziri İqal Palmor da verdiyi açıqlamada “Müsəlman günahsızlığı” filmi ilə onun ölkəsinin heç bir əlaqəsi yoxdur-deyib. Filmin rejisooru Sema Besili o, “idarəolunmaz və axmaq adam” adlandıraraq, Besil özünü İsrail yəhudisi kimi təqdim etsə də, kimsə onun İsrail vətəndaşlığı olduğunu təsdiq edə bilməz-deyə bildirib.

Son bir neçə gündə müsəlmanlar Amerikada nümayişə çıxarılmış filə etiraz edərək Misir, Yəmən və Liviyadakı ABŞ səfirliklərinə hücumlar təşkil etmişdilər. Həticədə ABŞ-ın səfiri , iki mühafizəçisi və bir nəfər də diplomatik korpusun işçisi öldürülmüşdü.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir