Kömrük İttifaqı ölkələrinin vahid valyutası- “altın”” gəlir”


Kömrük İttifaqı ölkələrinin vahid valyutası- "altın" gəlir
Onu yaratmaq 2025-ci ilə planlaşdırılmışdı, lakin Qərb ölkələri və ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyaları bu prosesi tezləşdirməyi və 3-5 ilə başa çatdırmağı diktə edir.

Altın 2025-ci ilə RF, Qazaxıstan və Belorusiyanın yeganə valyutası olacaq. Çox kəskin beynəlxalq iqtisadi sanksiyalar tətbiq olunacaq təqdirdə isə bu pul vahidi yaxın 5 ildə dövriyyəyə girə bilər.

Mayda Rusiya, Qazaxıstan və Belorusiya 2015-ci ildə Avroasiya iqtisadi ittifaqının yaranması ilə bağlı üçtərəfli müqavilə imzalayaraq, özlüyündə Avropa şurasına cavab vermiş olacaq. Yeni iqrisadi-maliyyə sferasına Qırğızıstan, Ermənistan və Tacikistanın da birləşməsi gözlənilir.
Yeganə valyutanın yaradılmasının təşəbbüskarı Qazaxıstan prezidenti Nursultan Nazarbəyov olub, onu 2012-ci ildə Rusiya prezidenti Vladimir Putin dəstəkləyib.

İttifaqın layihəsində vahid valyutanın millətlərüstü meqanizamlayıcısı-Avroasiya mərkəzi bankının yaradılması düşünülür ki, o da ciddi şəkildə Avroaziya iqtisadi ittifaq sovetinin prezidentlərindən birinə və ya Avroasiya ittifaq dövlətlərinin baş nazirlərinə tabe olacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir