Korrupsiyada günahlandırılan Vladivostok meri Lefortovaya yerləşdiriləcək


Korrupsiyada günahlandırılan Vladivostok meri Lefortovaya yerləşdiriləcək
Bütün “sabiqlərin”” yolu Lefortovadan keçir… Puşkarev də Lefortovaya yerləşdiriləcək… Vladivostok meri bu gün səhər Moskvaya gətirilib.

Səs-küylü korrupsiya işinin fiquru olan Vladivostok meri İlqor Puşkarev və bələdiyyəyə aid müəssisənin başçısı Andrey Luşnikov saxlandıqdan sonra Moskvaya gətirilib və oradan da FSB-nin Lefortovo istintaq təcridxanasına yerləşdiriləcəklər. Bu haqda RİA Novostiyə istintaqa yaxın olan mənbə məlumat verib.

“”Puşkarev və Luşnikovu qəbul etmək üçün “”Lefortovo”” hazırlanır””. Onun sözlərinə görə fiqurlari böyük məmurlar olan rezonanslı cinayət işində bu adi təcrübədir. “”Lefortovo””da demək olar ki, bütün “”keçmişlər”” oturub: Astraxanın keçmiş meri, Maxaçqalanın keçmiş meri, keçmiş qubernator Xoroşavin… Hesab etsək ki, Puşkarevin işi ilə FSB məşğul olur, onun üçün “”Lefortovo”” istintaq təcridxanasının seçilməsi “”aydındır””-deyə mənbə qeyd edib.

Xatırladaq ki, istintaq versiyasına görə Puşkarev 2009-2014-cü illərdə Vladivostok yollari üçün – qohumlarının rəhbərlik etdiyi “”Doroqi Vladivostoka”” və “”Vostoksement”” tikinti materialları qruplarından alış təşkil edərək, şəxsən 45 milyon rublu mənimsəyib, bələdiyyə müəssisəsi isə 158 milyon rubl zərərə uğradılıb. Bundan başqa 2012-2014-cü illərdə Puşkarev Luşnikova 1,4 milyon rubl məbləğində pul verib. Bundan sonra Luşnikov “”Vostoksement””dən yolların təmiri üçün tikinti materialları alıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir