Kreml ABŞ-ın Suriya ilə bağlı “sonuncu təklifini”” şərh edib-Təklif var, kompromiss hələ yox…”


Kreml ABŞ-ın Suriya ilə bağlı "sonuncu təklifini" şərh edib-Təklif var, kompromiss hələ yox...
Moskva və Vaşinqton Suriyada situasiyanı qayadaya salacaq birgə sənəd üzərində işləri davam etdirir, tərəflərin sadəcə bir neçə o qədər də əhəmiyyətli olmayan suallarda kompromissə nail olması qalır-deyə RF prezidentinın mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Mətbuatın xahişinə əsasən Suriya razılaşmasının əldə edilməsi üçün ABŞ-ın Rusiya tərəfinə son təklifini verməsi haqqında Washington Post qəzetində dərc olunmuş məlumata münasibət bildirən D.Peskov “bu informasiyanın tam olaraq reallığı əks etdirmədiyini”” bildirib.

“”Həqiqətən, Suriya mövzusu detallı şəkildə iki prezident arasında, ondan daha ətraflı isə RF xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə müzakirə olunub. Prezidentin (Vladimir Putinin) də xatırlatdığı kimi, sözü gedən hansısa anlaşma, hansısa sənəd hələ yekunlaşmayıb””-deyib Peskov.

Onun sözlərinə görə bir neçə razılaşdırılmamış suallar qalıb. Peskov onu da qeyd edib ki, Suriya ilə bağlı rusiya-amerika birgə sənədi kompromiss fomasında müzakirə oluna bilər. “”Məhz bu kompromissin əldə edilməsi üçün qalan o suallar üzərində iş davam edir, lakin hələ bu kompromissə nail olunmayib””-deyə mətbuat katibinin sözlərindən İnterfaks sitat gətirib.

Bundan əvvəl Vaşinqtnda bəyan edilmişdi ki, RF xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında 8-9 sentyabrda keçiriləcək görüş ola bilsin ki, heç baş tutmasin. Rusiya XİN-i diplomatlar arasında danışıqların Cenevrədə bu günlərdə olacağını anons edib. Washington Post qəzetnin yazdığına gğrə amerikalılar Barak Obamamın sentyabrın 5-də Çində G 20-lərin sammitində ABŞ-ın Suriyada situasiyanın qaydaya salınması ilə bağlı “”sonuncu təklifini”” Valdimir Putinə təqdim etməsindən sonra Moskvanın reaksiyasını gözləyirlər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir