Kreml Çin raketinin Rusiya sərhəddində yerləşdiriliməsini təhlükəli saymır


Kreml Çin raketinin Rusiya sərhəddində yerləşdiriliməsini təhlükəli saymır
Moskva Çin silahli qüvvələrinin inkişafını təhlükə kimi hesab etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Çinin qitələrarası ballistik raketini RF sərhəddinə yerləşdirilməsi xəbərinə münasibət bildirərəkən bəyan edib.

Çərşənbə axşamı Çinin Global Times qəzeti internetdə Çinin “Dunfen-41″” (DF-41) qitələrarası ballistik raketinin fotosunun peyda olduğu haqda yazıb. Mətbuatın verdiyi məlumata görə bu raketlərin üç briqadasından biri şimal-şərqdən Rusiya ilə sərhəd olan Xeyluntszyan əyalətinə yerləşdirilib.

Peskov qeyd edib ki, Çin Rusiyanın strateji müttəfiqi, siyasi və iqtisadi-ticarət sahəsində tərəfdaşıdır.

“”Biz münasibətlərimizə dəyər veririk. Əgər bu informasiya doğrudursa, sözsüz ki, Çinin hər hansı planda silahli qüvvələrini genişləndirməsini və hərbi tikintisini bizim ölkə üçün təhlükə kimi qəbul etmirik “”-deyə Reskov bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir