Kremldə MDB sammiti yerinə, Kollektiv Təhlukəszilik Müqaviləsi Təşkilatının qeyri-rəsmi görüşü


Kremldə  MDB sammiti   yerinə,  Kollektiv Təhlukəszilik Müqaviləsi Təşkilatının  qeyri-rəsmi görüşü
Rusiyanın aparıcı qəzeti “Vedomosti”nin yazdığına görə bu gün prezident Vladimir Putin Moskvada Ermənistan, Belorusiya, Qırğızıstan, Tacikistan prezidentləri ilə qeyri-rəsmi görüş kecirəcək. Putinin həmçinin bir-neçə ikitərəfli görüşü və beş ölkə prezidentinin Rusiya silahlı qüvvələrinin idarəetmə təlimlərində iştirakı gözlənilir.

“Vedomosti” qəzetinə ona yaxın olan mənbənin verdiyi xəbərə görə görüşün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qeyri-rəsmi sammiti kimi keçirilməsi planlaşdırılıb və dörd qonaq ölkədən başqa Qazaxıstan bu görüşə qatılacaq. Amma sonradan məlum olub ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitdə iştirak etməyəcək. O, görüşün bu formatından imtina edib. KTMT-nın baş direktoru Nikolay Bardyujanın bu görüşdə iştirak edəcəyi haqqında isə adıçəkilən təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan prezidentinin mətbuat xidməti isə Nazarbayevin niyə Moskvaya gəlməməsinin səbəbini açıqlamayıb. O, Moskvada mart ayında olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda mühazirə oxuyub və oradan da Minskə yollanıb.

Postsovet ölkələri prezidentlərinin may aynda ənənəvi göürşləri hər il olurdu, son illər isə bu ənənə pozulub-deyə Rusiya strateji araşdırmalar institutunun eksperti Ajdar Kurov xatırladıb. Hazırkı görüş prezidentlərə mövqelərini qarşılaşdırmağa imkan verəcək: onlar Ukrayna hadisələri ilə baglı Rusiyanın görüşlərini və mümkün olacaq hərəkətlərini öyrənəcəklər. Digər dəvət olunanların iştirak etməməsini onunla aydınlaşdırmaq olar ki, MDB ölkə liderlərinin heç də hamısı bu görüşə və hər hansı mövqə bildirməyə hazır deyil. Krutov belə ehtimal etdiyini söyləyib.

Putinin mətbuat-xidmətindən Ukrayna mövzusunun gündəmdə olduğunu təsdiq ediblər.

Əvvəllər Ukrayna hadisələrinə Rusiyanın verdiyi qiymətlə Belorusiya və Qırğızıstan mövqeyi üst-üstə düşmürdü. Lukaşenko Ukraynanın feredallaşdırılması əleyhinə olmüş və MDB liderləri arasında prezident səlahiyyətlərini həyata keçirən Aleksandr Turçinovla da ilk o görüşmüşdü. Qırğızıstan XİN-i isə bəyanatında rəsmi şəkildə Ukrayna prezidenti Viktor Yanukoviçi Rusyaya qaçan qeyri-legitim ölkə başçısı adlandırmışdı. Bugünkü görüşün qalan iştirakçıları Ukraynada situasiyanın tezliklə sabitləşməsi tərəfdarı olduqlarını bildirmişdilər.

Görüş iştirakçılarının da qatılacağı hərbi təlimin detalları haqqında Ruisya Mudafiə nazirliyindən məlumat almaq mümkün olmayıb. Mənbənin verdiyi xəbərə görə Putin Kremldə müdafiə idarəetmə sistemi terminalının köməyi ilə Rusiya silahlı qüvvələrinin müxtəlif bömələrinin təlim və hərəkətlərini izləyəcək, ola bilsin ki, kontinentlərarası ballistik raketin təlim buraxılışına əmr verəcək.

Ehtiyatda olan polkovnik Viktor Muraxovskinin sözlərinə görə bu aksiyanı son günlər Donetsk vilayətindəki könüllü xalq qüvvələrinə qarşı ağır artilleriya və agır hərbi texnika işlədən Ukraynaya hərbi təsir kimi yozmaq olar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir