Kriştianu Ronaldu yenə ən yaxşı oldu


Kriştianu Ronaldu yenə ən yaxşı olduBeynəlxalq Futbol ferderasiyasının (FİFA) versiyasına görə “Real”” Madridin və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu 2016-cı ilin ən yaxşı futbolçusu seçılıb.

Mükafatlandərma mərasimi bazar ertəsi-yanvarın 9-da İsveçin Sürix şəgərində keçirilib. Səsvermədə portuqaliyalı argentinalı Lionel Messi ( “”Barselona””) və fransız Antuan Grizmanı (“”Atletiko”” Madrid) keçib.

FİFA həmçinin “”2016-cı ilin ən yaxşı məşqçisi”” mükafatının qalibini də elan edib. Kişilər arasında italyalı Klaudio Raneri (“”Lester Siti””), qadınlar arasında isə alman Salviya Nayd (Almaniya yığması) qalib olub.

Yaxşı qadın futbolçusu adını isə amerikalı Karli Lloyd (“”Xyuston Deş””) alıb.

2016-cı ilin simvolik yığma komandasına bu futbolçuların adları düşüb: qapıçı Manuel Noyer (Almaniya, “”Bavariya”” ), müdafiəçi Dani Alves (Barziliya, “”Yuvettus””) , Jerar Pike (İspaniya, “”Barselona”” ), Serxiya Ramis (ispaniya, “”Real””), Marselo (Braziliya, “”Real””), Luka Modriç (Xorvatiya, “”Real””), Toni Kross (Almaniya, “”Real””), Andres İnesta (İspaniya, “”Barselona””), Lionel Messi, Luis Suares (Uruqvay, “”Barselona””) və Kriştianu Ronaldu.

Ən doğru oyun mükafatına layiq görülən Kolumbiyanın “”Atletika Nasional”” klubu Cənubi Amerika kubokundan Braziliyanın “”Şapekoense”” komandasına görə imtina edib. Həmin klubun 19 oyunçusu 2016-cı ildə avtoqəzada həlak olublar.

Dekabrın 12-də Ronaldu karyerasinda 4-cü dəfə France Football jurnalının versiyasına görə dünyanın ən güclü oyunçusu mükafatı “”Qızıl top””a sahib olub. 2010-cü ildən 2015-cı ilə kimi jurnal mükafatı FİFA ilə birlikdə tədim edirdi. Sentyabrın 16-dan tərəflər arasında əməkdaşlıq dayandırılıb. 2016-cı ildən mükafata layiq olanları 1956-cı ildən 2010-cu ilə qədər olduğu kimi yalnız France Football-un jurnalistləri seçir.

Portuqaliyalı həmçinin 2016-cı ildə “”Real”” Madridin tərkibində Çempionlar Liqasının qalıbı, Portuqaliya yığması ilə Avropa çempionu olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir