Kseniya Sobçak toyuna cənazə maşınında gəldi


Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Ksenya Sobçak ikinci nigahında “olumla-ölümü”” bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Kseniya Sobçak rejissor Konstantin Boqomolovla Qriboyedov nigah evinə kəbin kəsdirməyə qara cənazə maşınında gəliblər. Məhşur teleaprıcını nigah evinə gətirən maşına “”Ölüm bizi ayırmayana qədər”” yazılıb.

Bundan əlavə Rusiya KİV-nın verdiyi məlumata görə evlənənlərin gəldiyi maşın baqajı açıq və özləri təhlükəsizlik kəmərini taxmadan şəhərdə gəziblər. Bu Moskva şəhər dövlət yol polisinin diqqətindən qaçmayıb.

Kseniya və Konstantin cütlüyü nigahdan sonra toy mərsiminin keçirildiyi yerə gediblər. Bu toya 300 adamın dəvət olunduğu və 16 miyon rubl xərcləndiyi də verilən xəbərlər arasındadır.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir