Kürdlər müstəqil dövlət yolundamı?-Referendum başladı


Kürdlər müstəqil dövlət yolundamı?-Referendum başladıİraqın Kürd müxratiyyəti ərazisində İraq Kürdüstanının müstəqilliyini istəyən referendum başlayıb. Bu haqda Rudaw agentliyi məlumat verib.

Səsvermə məntəqələri Moskva vaxtı ilə saat 07:00 da açılıb və 18:00-da bağlanacaq. Nəticələr məntəqələr işini başa vurandan bir gün sonra hesablanacaq. Referendumda iştirak üçün 5 milyon adam qeydiyyatdan keçib. Onlar “Kürdüstan regionu və kürd ərazilərinin hüdudlarından kənarda müstəqil dövlətin olmasını istərdinizmi?””-sualına “”bəli”” və “” xeyr”” cavabı verəcəklər.

Referendum haqqında qərar iyunun 7-də Kürdüstan siyasi partiyasının şurasında qəbul edilirb. İraq əhalisinin 20%-ni kürdlər təşkil edir. 2005-ci ildə qüvvəyə minmiş yeni İraq Konstitusiyası Kürdüstanı xüsusi qanunverici orqanı olan federal regionu kimi tanıyıb.

Rudaw agnetliyi onu da qeyd edib ki, kürdlər çoxsaylı təqiblərə, ayrı-seçkiliklərə və genosidə məruz qalıblar. “”Yenidən genosidin təkrar olunmayacağına zəmanət yoxdur””-deyə Reuters agentliyinə Kürdüstan partiyası blokunun başçısı Omed Xoşnau deyib.

Bununla yanaşı referendum keçirmək ideyası bir çox ölkələrin nümayəndələri və siyasi təşkilatları tətəfindən mühakimə olunub. Ag Ev “”İslam dövləti”” terror qruplaşmasına qarşı mübarizəyə təhlükə yaradacağını nəzərə alaraq bu ay İraq Kürdüstanını müstəqillik rqeferendumu keçirməkdən imtina etməyə çağırıb. BMT-nin baş katibi referendumu tənqid edərək, İraqın ərazi bütövlüyünün saxlanması lehinə çıxış edib.

Türkiyə və İran referendumun ölkələrindəki kürd əhalisi arasında separatçı əhval ruhiyyəni möhkəmləndirməsi təhlükəsini nəzərə alaraq onun keçirilməsinə qarşı çıxıblar. Senytabrın 25-də Türkiyə Xarici işlr nazirliyindən bəyan ediblər ki, Ankara referendumun hər hansı nəticələrini tanıçmayacaq.

“”Beynəlxaql hüquq və eləcə də İraq Konstitusiyası baxımından referendumun nəticələrinin qanuni gücü yoxdur””-deyə məlumatda deyilir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir