«Laskovıy may» qrupunun birinci solisti qəzada öldü


«Laskovıy may»  qrupunun  birinci solisti  qəzada öldü
80-ci illərin məşhur “Laskovıy may” qrupunun birinci solsiti bu gün səhər avtoqəzada həlak olub.Yenises.ru-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə bu haqda qrupun keçmiş prodüseri Andrey Razin xəbər verib.

O qəzanın şənbə günü səhər Stavropol vilayətinin Provolnı və Krasnoqvardeyski kəndləri arasında baş verdiyini söyləyib. Regionun Dövlət Yol HərəkətiTtəhlükəsizliyi müfəttişliyindən verilən məlumata görə Yuriy Qurov və dostunun olduğu Volkswagen markalı avtomobil “KamAz”la burun-buruna gəlib və nəticədə hər ikisi hadisə yerində ölüblər. Razin sükan arxasında Qurovun Krasnoqvardeyskdən olan dostunun olduğunu bildirib.

““Laskovıq may” qrupun 25 illiyi ərəfəsində onun birinci heyətindən itirdiyimiz solistlərdən Qurov 5-cisidir ”-deyib prodüser. Yuriy Qurov qrupda 5 il işləyib, hazirda Privolyede sahibkarlıqla məşğul olurmuş.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir