Lavrov NATO-nu Rusiyanın qırmızı xətlərini pozmamağa çağırıb


RF xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Kiyevin alyansa qoşulmasından sonra NATO -nun Rusiya sərhədlərində görünməsini qəti şəkildə qəbul etmir. Onun sözlərinə görə, bu, Rusiya tərəfinin qırmızı xətlərindən biridir, onun keçilməsi fəlakətli nəticələrə gətirib çıxaracaq.

“Qərbin Ukrayna hökumətini silahla gücləndirməsində əsas məqsəd onun Donbass problemini güc yolu ilə çözməyə sövq etməkdir. Qərb təlimatçılarının münaqişədə iştirakı bütün qırmızı xətləri keçəcək və oaradakı rus vətəndaşlarla NATO hərbçiləri arasında toqquşmaya səsbəb olacaq”-deyə Lavrov əminliklə qeyd edib.

Nazir ılavə edib ki, Ukrayna NATO-ya qoşulmasa belə, onun ərazisində və ya Azov dənizində hücum silahlarının və ABŞ hərbi bazalarının görünməsi Moskvanın başqa bir qırmızı xəttinin pozulmasıdır.

Eyni zamanda, Lavrov bundan əvvəl xəbərdarlıq etmişdi ki, NATO yaxın aylarda Ukrayna ətrafındakı vəziyyəti bəhanə edərək Rusiya sərhədləri yaxınlığında öz qüvvələrini artırmağa başlaya bilər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir