Lavrov Poroşenkonun Ukrayna üçün yaxşı şans olduğunu deyib


Lavrov Poroşenkonun Ukrayna üçün yaxşı şans olduğunu deyib
Ukrayna prezidenti Petr Poroşenko –bu ölkə üçün gözəl şansdır. Rusiya xarici işlər naziri Sergey Lavrov belə hesab edir. Bu haqda o Fransanın Frans 24 telekanlında bəyan edib.

“Petr Poroşenko- Ukrayna üçün hazırkı vaxtda ən gözəl şansdır”. Lavrov rusiyalı həmkarları üçün Ukrayna prezidenti etibarlı həmkardırmı sualının cavabında belə söyləyib.

Bundan başqa RF XİN-nin başçısı iki ölkə prezidenti arasında danışıqlarda çətinlik görmür. “Deyə bilmərəm ki, bizdə Ukrayna prezidenti Petr Poroşenko ilə ünsiyyətdə hər hansı çətinlik var. İki ölkə prezidenti səviyyəsində yəni”-deyib Lavrov.

O, onu da qeyd edib ki, Rusiya Ukraynanın indiki simasında ərazi bütövlüyünü tanıyır. “Rusiyanın nöqteyi-nəzərindən Ukraynanın ərazi bütövlyünü indiki formada biz necə qəbul ediriksə, bu forma da dəstəklənməlidir” -deyə nazir bəyan edib.

Lavrov Donbasda Krim variantının təkrarlanmayacağından da danışıb. İkinci Krım olacaqmı sualına,- “Krım unikal və özlüyündə yeganədir. Bu rus torpağıdır ”.

Krım istisna idimi replikasına isə, -“deyildi, xalqın azad iradəsi, istəyi idi”-cavabını verib.

Müsahibəsində lavrov Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaya da toxunub. Sanksiyanın Rusiyada hakimiyyəti dəyişməyə yönəldiyini vurğulayan xarici işlər naziri bunula Rusiya iqtisadiyyatını dağıtmağın mümkünsüzlüyünü də qeyd edib. Rusiyanın nəinki sanksiyaya tab gətiəcəyini, hətta daha güclü olacağını bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir