Lavrovu Almaniya antirus şüarları ilə qarşıladı


Lavrovu Almaniya antirus şüarları ilə qarşıladı
RF XİN Sergey Lavrovun alman həmkarı Gido Vestervelle görüşü ərəfəsində Rusiyanın Suriya siyasətinə qarşı Almaniya xarici işlər nazirliyinin binası qarşısında içazəsiz piket olub.

Piketçilərin əllərində tutduqları plakatlarda ingilis və almanca “ Rusiya, ayıbdır. Sənin veton suriyalıları öldürür”, “Rusiya Suriyadan əlini çək”, “100 mindən artıq suriyalı RF-nın tərəfkeşliyinə görə ölüb” -deyə yazılıb.

Şahidlərin söylədiyinə görə Almaniya XİN binası qarşısında 20-yə yaxın toplaşanların çoxu suriyalı deyil, Almaniyada yaşayan Turkiyə vətəndaşları olub.

Qərb və bir sıra ərəb ölkələri bu qırğının dayanması üçün prezident Bəşər Əsədin getməsini istəyirlər. Rusiya Çinlə birlikdə BMT Təhlükəsizlik şurasının daimi üzvü kimi xarici təsirin konfliktin genişlənməsinə səbəb olacağından ehtiyat edərək Suriya hökümətinə yönəldilən sanksiyaya qarşı üç dəfə veto hüququndan istifadə edərək onun tətbiqinə qadağa qoyub.

RF XİN-nin başçısı S. Lavrov İsveçrə səfərindən sonra çərşənbə günü Almaniya XİN ilə görüşmək üçün Berlinə gəlib.

İsmayıl
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir