Lavrovun hədəsinə “Avroviziya” təşkilatçıları qəzəbli cavab verdilər


Lavrovun   hədəsinə “Avroviziya”  təşkilatçıları   qəzəbli cavab verdilər
Səslərin hesablanmasında xəta olmadığı, “Azərbaycanın səs sayı imkan vermir ki, Rusiyaya 10 bal getsin” açıqlaması gəldi.

İsveçin Malmo şəhərində keçirilən “Avroviziya” müsabiqəsinin final mərhləsində Rusiya təmsilçisinə Azərbaycan tərəfindən verilən səslərin yoxa şıxması ətrafında gedən söh-söhbət getdikcə böyüyür. Belə ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvadakı görüşündə də bu məsələyə toxunulmuş, Lavrov Dina Qaribovaya verilən səsin oğurlanmasında “Avroviziya” günahlandıraraq bu çirkin hərəkətə görə onlar cavab verməli olacaqlar deyib.
Avropa yayım şurası Rusiya xarici işlər naziri Sergey Lavrova “münsiflərə siyasi təzyiq etmək yolverilməzdir”- deyə xəbərdarlıq edib.

“Məsafədən verilən səslər və münsiflərin səsi hansı ki, ümimi nəticənin 50-yə 50-sini təşkil edir, Azrbaycanın Rusiyaya 10 bal verməsini imkan verməyib. Ona görə də Azərbaycan Rusiyaya nəzərdətutdugu xalı verə bilməyib. Bu notarial qaydada hesablanib. RİA “Novosti” “Avroviziya” təşklat komitəsinin rəsmi nümayəndəsi Yarmo Siymanın dediklərini sitat gətirib.

Təşkilat komitəsinin təmsilçisi onu da əlavə edib ki, peşəkar münsiflərə istənilən formada siyasi təzyiq “Avroviziya” müsabiqəsinin qaydalarını ziddir. Siyma onu da qeyd edib ki, Avropa yayım şurası Azərbaycanın İctimai televiziyasını mümkün təzyiqlərdən qorumaq üçün əlindən gələni edəcək.

Qeyd edək ki, İctimai televiziyanın rəhbəri Cəmil Quliyev Rsuiya təmsilçisinə verilən səslərin sayılmasında saxtalığa yol verildiyini bəyan etmişdi. Onun sözlərinə görə Azərbaycan Rusiyaya 10 bal verib.

“Azərbaycanın Rusiyaya 1 bal belə verməməsi təəccüb doğurur. Güman edirik ki, bu hadisə Rusiya-Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmaqdan ötəri bunda maraqlı olan müəyyən qrupların təşəbbüsü ilə edilib”-deyə söyləmişdi.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir