LDPR avtomobil sürücüləri üçün olan cərimənin artırılmasını qanunsuz saymağa çağırır


LDPR  avtomobil sürücüləri üçün olan cərimənin artırılmasını qanunsuz saymağa çağırır

LDPR fraksiyası Moskva və Sankt-Peterburqda yol hərəkəti qaydalarını pozmağa görə cərimənin artırılmasının nə dərəcədə qanuna uyğun olduğunu yoxlamağı təklif edib. Xatırladaq ki, bu şəhərlərdə maşını qadağan olan yerlərdə və ya avtodayanacaqlarda qaydalara riayət etmədən saxlamağa görə cərimə digər şəhərlərə görə iki dəfə artırılıb.

Nəticədə, deputatlar qeyd edirlər ki, bu RF inzibati qanunpozmalar Kodeksinin 1.4 maddəsinə zidd olaraq, qanun qarşısında bərabərhüqüqluluq prinsipini pozmaq deməkdir. Partiyanın mətbuat xidmətindən verilən xəbərdə “LDPR sürücülərin hüququnu qorumağa və cərimələrin artırılmasının Konstitusiyaya uyğun olmadığını qəbul etməyə çağırdığı” deyilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir