Lebedevin nəvəsi Diana iə birgə Isveçrədə avtoqəzada ölən azərbaycanlı biznesmenin oğlu imiş


Lebedevin nəvəsi Diana iə birgə  Isveçrədə  avtoqəzada ölən azərbaycanlı biznesmenin oğlu imiş
Platon Lebedevin nəvəsi Diana ilə birgə qəzada həyatını itirən Azər Yaqubov! Çox üzücüdür. Allah rəhmət eləsin! Onu qarşıda böyük gələcək gözləyirdi.

İsveçrədə avtoqəzada Platon Lebedevin nəvəsi ilə bərabər azərbaycanlı biznesmenin oğlu Azər Yaqubov da həlak olub. Bəzi məlumatlara görə onları bir-birinə dostluq münasibəti bağlayırmış.

Əvvəldən xəbər verildiyi kimi Azər Yaqubov RF hökümətində çalışan Şıxlınskinin qohumu deyilmiş. Azərbaycan KİV-nin məlumatına görə Azər Yaqubov “Azərbaycan hava yolları”” QSC-nin Moskvadakı federal nümayəndəliyinin sabiq rəhbəri Mahir Yaqubovun oğludur.

Azər son 9 ildə İsveçrədə yaşayıb. Oranın TASİS özəl elit məktəbində təhsil alıb və sonra ondan daha az prestijli olmayan Franklin kollecində oxuyub.

Göründüyü kimi gəncə ailəsi böyük gələcək hazırlayırmış.

Azər Yaqubvun oxuduğu TASİS məktəbi İsveçrənin fransız hissəsi Luqanoda yerləşir. Məktəbin tələbə yataqxanası 17 əsrə aid Villa De Nobili sarayında yerləşir. Məktəbdə italyan və ingilis dilləri bölmələri var.

Burada 4 yaşından 18 yaşına kimi 50 müxtəlif millətdən olan 650 uşaq təhsil alır. Valideynlər uşaqlarının təhsilinə 2016-2017 təhsil ili üçün 75 min isveçrə frankı xərcləyir ki, bu da 69959.94 avroya bərabərdir.

Yaqubovun İnstagramdakı səhifəsindəkı fotolar onu göstərir ki, Diana Lebedeva ilə yaxın münasibətdə olmayıblar. Onların birlikdə şəkilləri yoxdur. Ola bilsin onlar sadəcə yaxşı dost imişlər.

Bəzi məlumatlara görə Mahir Yaqubov oğlu ilə qəzadan bir gün əvvəl telefonla danışıb. Onun sözlərinə görə Azər spirtli içkidən istifadə etmirmiş, ümumiyyətlə onda hər şey qaydasındaymiş.

Haqqın.az-ın verdiyi xəbərə görə qəzanı görən şahidlər olmadığından gölə düşən avtomobili bir neçə saat ərzində tapmaq mümkün olmayıb.

Saytın xəbərində o da bildirilir ki, Yaqubovun qohumları onun cəsədinin tanınması üçün İsveçrəyə gediblər. Yaxın saatlarda qəzada həlak olanların nəşi Rusiyaya göndəriləcək.

/Yenisəs.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir