Lempard Avro-2012-də oynamayacaq


Lempard  Avro-2012-də oynamayacaq
“Çelsi”nin yarımmüdafiəçisi və İngiltərə yığmasının oyunçusu Lempard budundan aldığı zərbəyə üzündən Avro-2012 turnirində oynamayacaq.

Sports.ru saytının verdiyi məlumata görə onun yerinə milli komandaya “Liverpul”un 21 yaşlı yarımmüdafiəçisi Jordan Henderson çağırılıb.

Bu haqda rəsmi məlumat Lempard həkim müayinəsindən keşəndən sonra açıqlanıb. Xatırladaq ki, Lempard budunu dünənki məşqdə zədələyib.

Onu da qeyd etmək yerinə düşər ki, Lempard 2002-ci il Dünya Çempionatından başlayaraq İngiltərə millisinin tərkibində bir dəfə də olsun yüksək beynəlxalq turnirləri buraxmayib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir