LifeNews Azərbaycanla bağlı süjetindəki “səhv”ini təkzib deyil, təkrar edəcək…


LifeNews Azərbaycanla bağlı süjetindəki “səhv”ini təkzib deyil, təkrar edəcək...

Rusiya müstəqil telekanalı olan LifeNews-un efirində gedən sujetdə Azərbaycanın işğal olummuş ərazilərsiz- Dağlıq Qarabağsız təqdim edilməsini media qurumlarımızın Rusiyadakı nünayəndələri kəskin narazılıqla qarşılayıblar.

Mətbuatın buna aktiv müdaxiləsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi LifeNews-u qeyri peşəkarlıq və beynəlxalq hüquqa hörmətsizlikdə günahlandırıb.

LifeNews-un Azərbaycanın ərazi bütölüyünə hörmətsizlik olan bu hərəkətini-“səhvini” anlayıb təkzib verəcəyini gözlərkən, kanaldan Qarabağı müstəqil olaraq Azərbaycansız təqdim etməkdə davam edəcəkləri cavabı gəlib.

Lider TV-nin Moskvadakı nümayəndəsi Anar Həsənovun etirazına LifeNews telekanalının baş redaktoru Anatoliy Suleymanov,- “Biz Dağlıq Qarabağa fərqli yanaşan deyilik. Dnestryanı, Abxaziya və Cənibi Osetiyaya olan yanaşma Dağlıq Qarabağa da tətbiq ediləcək. Yəni gələcəkdə də Azərbaycan ərazisi bizim efirdə Qarabağsız təqdim ediləcək”-deyə cavab verib.

LifeNews telekanalının baş redaktoru Anatoliy Suleymanov azərbaycanlı jurnalistlə söhbətində “Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlaq Qarabağ dünya tərəfindən respublika kimi tanınmasa da, biz kanal olaraq qərar vemişik ki, bu əraziləri hüquqi baxımdan aid olduqları dövlətlərdən ayrı təqdim edək-deyib. O, LifeNews-un dövlətə bağlı olmayan şəxsi teleşirkət olduğunu vurğulayaraq, proqram siyasətlərini özülərinin müəyyən etdiklərini də qeyd etməyi unutmayıb.

Anatoliy Suleymanov kanalın Azərbaycana bu yanaşmasını isə belə əsaslandırıb:-“Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, uzun müddətdir ki, Qarabağ Azərbaycanın nəzarətində deyil. Dünya bu ərazini de- yure Azərbaycan ərazisi hesab etsə də, Azərbaycan ərazisi bizim efirdə Qarabağsız təqdim ediləcək”.

LifeNews-un baş redaktoru onu da əlavə edib ki, Anar Həsənov teleefirə zəng edənə kimi bu süjetin narazılığa səbəb olmasından xəbəri olmayıb. Lider TV-nin nümayəndəsinin şikayət xarakterli məktubundan sonra Azərbaycan XİN-nin müraciət və yaxud digər tədbirlər görəcəyi haqda məlumat əldə etsə də, redaksiyaya bu saata qədər hər hansı bir müraciətin daxil oldmadığını da xüsusilə dilə gətirib.

Azərbaycanlı jurnalistin-“Kanal rəhbərliyinin məntiqindən belə çıxır ki, əgər bu gün müstəqil İçkeriya Respublikası mövcud olsaydı, deməli Cövhər Dudayevin qurduğu dövlətı LifeNews Rusiya ərazisi kimi göstərməyəcəkdi”-sualına Anatoliy Suleymanov cavab verərkən, heç vaxt onun kanalı İçkeriyaya müstəqil deməzdi-deyib.

Baş redaktor Azərbaycanla da kanalın şəxsi qərəzliyi olmadığını təkrarlasa da, təsisçisi Aram Qabrielyanov olan LifeNews-un prinsiplərinin kim tərəfindən və nə məqsədlərlə müəyyən edildiyini yəqin etmək olar.

Xatırladaq ki, Anar Həsənovun Rusiya mətbuatında dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə yol verilməsinin əsas səbəbkarlarından biri də özümüzün olduğumuzu deyərək, dolayısı Rusiyadakı diasporlarımızı passivlikdə günahlandırıb.

“Rusiyada yüzminlərlə soydaşımız, eləcə də dövlətdən dayaq, dəstək alan onlarla diaspor təşkilatlarımız var. Nədənsə belə məqamlarda susurlar”.

O, sadəcə mətbuatın biganə qalmayaraq etiraz etdiyi bu məsələylə bağlı diasporu da hər hansı şəkildə reaksiya verməyə çağırıb.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir