Livanda qaçırılan türk iş adamı azad edildi


Livanda qaçırılan türk iş adamı   azad edildi
Livanda qaçırıldıqdan sonra sərbəst buraxılan türkiyəli iş adamı Aydın Tüfan Tekin Livanın baş naziri Necib Mikatinin şəxsi təyyarəsi ilə Dalamana yola salınıb.

Aeroportda onu anası Güldanə Tekin, babası Mahmut Tekin qarşılayıb, sonra oradan Mərmərisdəki evinə gəlib.
Burada onu dostları, yaxınları, qonşuları alqışlarla qarşılayıblar. Jurnalistlərin suallarını cavablandıran Təkin Türkiyə və Livan hökümətinin timsalında bu çətin günlərdə ona yardım etdikləri və ailəsinin yanında olduqları üçün onlara təşəkkür edib. “İki hökümət mənim azad olmağım üçün çox çalışdı və nəticəsi olaraq mən burada ailəmin yaynıdayam”- deyib Aydın Tekin.

27 gün əsirlikdə qalan və çox çətin günlər keçirdiyini, ağlına çox şeyin gəldiyini söyləyən Tekin –“Günləri, saatları, dəqiqələri sayırsan. Hadisələri təqib edirsən. Yaxşı olanda sevimirsən, pis olanda kədərlənirsən. Amma hamısı keçdi ”-deyə danışıb.

Xatırladaq ki, Livanın ən güclü aşirətlərindən olan Şii Mikdad aşirətinin üzvü Hasan Salim Mikdad may ayında dini yerləri ziyarət edən zaman Suriya azad ordusu tərəfindən qaçırılmışdı. Bu hadisəyə qarşılıq olaraq Mikdad ailəsi aralarında çalışdığı şirkətin iş görüşmələri üçün Beyruta gələn türkiyəli iş adamı Aydın Tüfan Tekin olmaqla 4 suriyalını aeroportda əsir almışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir