Liviya lideri konsulluğa hücum və səfirin oldürülməsi ilə bağlı ABŞ-dan üzür istədi


Liviya lideri   konsulluğa  hücum və  səfirin  oldürülməsi ilə bağlı   ABŞ-dan üzür istədi
Liviya lideri Muhammed el-Makrif ABŞ konsulluğuna hücüm nəticəsində səfirin və diplomatik korpusun daha 3 nümayəndəsinin öldürülməsi ilə bağlı üzür istəyb.

“Biz Amerika Birləşmiş ştatları ilə bağlı baş verənlər üçün bütün dunyanın insanlarından üzür istəyirik” -deyə Makrif “Al Jazeera” telekanalının birbaşa efirindən bəyan edib.

ABŞ Liviyadakı səfiri Kristofer Stivens 11 sentyabrda Nyu-Yorkda baş verın terrorun ildönümünün anımı ilə əlaqədar Benqazidə işguzar səfərdə olub. O, Amerika konsulluğuna hücum zamanı öldürülüb. Onunla birgə səfirin təhlükəsizliyini təmin edən iki dəniz piyadası əsgəri və kimliyi hələ məlum olmayan diplomatik korpusun daha bir nümayəndəsi həlak olub.

Yaxın keşmişdə Stivens Liviya usyançı hərəkatı ilə danışıqlarda vasitəçi olmuş və onlar sonra Muamar Kaddafini devirmişdilər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir